Rüstəm Məmmədov: \"Ermənistan prezidentinin bəyanatları nə beynəlxalq hüquqa, nə də elementar məntiqə sığmır\"
"Serj Sarkisyanın ərazi bütövlüyü prinsipi ilə bağlı fikirləri onun savadsızlığının göstəricisidir. Sarkisyanın elementar təhsili də yoxdur ki, Azərbaycanla Ermənistanın imzaladığı milli azlıqların hüquqları haqqında qəbul edilmiş 1993-cü il Avropa Konvensiyasını vərəqləsin". SİA-nın yap.org.az saytına istanadən veridiyi xəbərə görə, bu fikirləri BDU-nun beynəlxalq hüquq kafedrasının müdiri Rüstəm Məmmədov deyib.
R.Məmmədovun sözlərinə görə, bu konvensiyada deyilir ki, bir xalqın ərazisində yaşayan milli azlıq onun ərazi bütövlüyünü pozmaq hüququna malik deyil. Bundan başqa, göstərilir ki, öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyünü pozmadan həyata keçirilməlidir.
"Bununla yanaşı, milli azlıq dövlətin ərazi bütövlüyü çərçivəsindəki hüquqlarından istifadə edə bilər. Başqa sözlə desək, bu prinsiplər beynəlxalq hüquqda möhkəmləndirilmiş aksiomlardır. Ona görə də, Ermənistan prezidentinin bəyanatları nə beynəlxalq hüquqa, nə də elementar məntiqə sığmır. Azərbaycan Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyə çalışır. Təbiidir ki, sülh danışıqları nəticə vermədiyi təqdirdə, Azərbaycan hərbi yoldan istifadə edərək dünya ictimaiyyətinin tanıdığı öz ərazi bütövlüyünü bərpa edəcək. İrəvanın Qarabağın "müstəqilliyini" tanıması ilə bağlı təhdidinə gəlincə isə, əsas Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsidir", - deyə ekspert vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB