Cəbhədə bütün Azərbaycan döyüşürdü, Naxçıvandan, Lənkərandan, Bakıdan, Qarabağdan...
30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.
Əlbəttə, Vətən müharibəsində Azərbaycanın bütün bölgələri döyüşlərdə fəal iştirakı ilə seçidi. Nəinki fərarilik, yaxud səfərbərlikdən yayınma halları, əksinə müharibəyə aparılmadığı üçün səfərbərlik idarələrinin qapısı ağzında günlərlə gözləyən mərd, vətənpərvər vətəndaşlarımız da az olmadı. Sosal şəbəkələrdə döyüşlərdə iştirak edib şəhidlik zirvəsinə ucalan igidlərimizin hansı rayondan, bölgədən olduqları haqda məlumatlar paylaşılır. Düşünürük ki, bu, bir təsnifatdır, burada hansısa bölgənin digərindən üstün olması haqda niyyət də yoxdur. İndi Azərbaycan birdir, yekdildir. Naxçıvandan gəlib döyüşlərə qatılan igidlərimiz haqda məlumatda onların bəzilərinin naxçıvamlı olmadığı, düşmənə qan uddurmuş Lənkərandan olan qardaşımızın əslən qarabağlı olduğu, Bakıdan cəbhəyə yola salınmış və şəhidlik şərbətini içmiş igidimizin gədəbəyli olduğu üzə çıxır. Maraqlı rəqəmlər var bu baş tacımız şəhidlərin siyahısında:

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB