Naira Zohrabyan: “Meşələrdə gizlənən erməni əsgərlərlə əlaqə qurulub"
Ermənistan hökumətini narahat edən məsələlər sırasında ən ciddi hesab olunan itkin düşmüş erməni əsgərləridir. Hökumət əsgər analarını etiraz aksiyasında artıq bezib, onlara övladlarının taleyi ilə bağlı hansı cavabı verəcəklərini ağıllarına belə gətirə bilmirlər. Əsgər anaları isə Paşinyandan uşaqlarının ya dirisini, ya da ölüsünü verməyi tələb edir. Baş nazir isə bəhanə gətirə bilmir. Amma...
SİA erməni mediasına istinadla xəbər verir ki, deyəsən Paşinyana bu dəfə Ermənistan Parlamentinin üzvü vaxt qazanmağa kömək edə biləcək.
"Sağ qalmış, meşədə gizlənən və itkin düşmüş sayılan erməni əsgərlər bir neçə gün əvvəl Xilasetmə Xidməti ilə əlaqə saxlayıblar". Bunu “Çiçəklənən Ermənistan” fraksiyasından millət vəkili Naira Zohrabyan deyib.
Zohrabyan facebook səhifəsində əlavə olaraq qeyd edir ki, oğullarının sağ olduqlarını və Hadrut rayonunun Vank (indiki Çinarlı) kəndinin yaxınlığında meşələrdə gizləndiklərini deyən əsgər valideynləri ilə daim ünsiyyət qurur.
“İtkin düşmüş əsgərlərdən biri olan David Adumyanın anası bizi əmin edir ki, təxminən 8 gün əvvəl meşədə gizlənən əsgərlər Stepanakertdəki (Xankəndindəki) 911-ə zəng edib və meşədə olduqlarını, köməyə ehtiyac duyduqlarını söylədilər”, deyə Zohrabyan bildirib.
Deputat "Təhlükəsizlik Şurası"nın katibi Vitali Balasanyanın axtarış işlərinə başladığını və bunula bağlı Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovla müzakirə edildiyini söyləyib.
Vitali Balasanyan isə bildirib ki, Ermənistanda "anarxiya hökm sürdüyü" üçün bu məsələləri hökumətinə ünvanlamaq "mənasızdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB