Atası şəhid övladı üçün qurban kəsdi NAXÇIVANDA+VİDEO

Atası şəhid övladı üçün qurban kəsdi NAXÇIVANDA+VİDEO

Əslən Naxçıvan MR Sədərək rayonundan olan şəhid Ərtoğrul Nadirlinin tabutu yaşadığı Sədərək rayonundakı evinə gətirilərkən atası Hümbət Nadirli ona qurban kəsib. SİA xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında əslən Naxçıvandan olan tanınmış jurnalist, ARKİ-nin mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Onun sözlərinə görə, hərbi xidmətini Daşkəsəndə davam etdirən Ərtoğrul Nadirli Vətən müharibəsi başlayarkən Kəlbəcər istiqamətində Murovdağın alınmasında xüsusi şücaət göstərib, eyni zamanda onlarla döyüş yoldaşını həm yaralı, həm də sağ vəziyyətdə döyüş bölgəsindən çıxarmağa nail olub.

Lakin komandir baş leytenant düşmənlə baş verən növbəti şiddətli döyüş zamanı özü də qəhrəmancasına şəhid olub. Şəhid komandirin cəsədi 52 gün sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və həmin rayon ərazisindəki yüksək rütbəli hərbçilərin köməkliyi ilə tapılıb. Ərtoğrulun cəsədi çətinliklə tapıldığı üçün atası bu addımı atıb və qurban kəsib.

Qeyd edək ki, şəhidin qarşılanması zamanı Naxçıvanda böyük izdiham yaşanıb.

Videoları izləmək üçün bu linkə tıklayın:

https://olke.az/qarabag/211818/naxcivan-sehidine-atasi-buna-gre-qurban-kesibmis-tkrpedici-sebeb-video/?fbclid=IwAR37mcTQ4tE229ZjGLWPjGaNLv25xwah2Lo_ytFZmEAorpETabLWD8YxaGE

Bütün xəbərlər Facebook səhifəmizdə