Alaniyada zəlzələ! SON DƏQİQƏ - VİDEO

Son dəqiqələrdə əldə etdiyimiz məlumata görə, Alanyada 5.2 bal gücündə zəlzələ baş verib. Təkanlar Konyada, Mersin və Dənizli kimi qonşu vilayətlərdə də hiss olunub.

Bölgədən alınan məlumata görə, insan tələfatı, yaralanma və ziyan barədə hələlik heç bir məlumat verilmir. Zəlzələnin episentri Alanya rayonundan 61 kilometr məsafədə, dərinliyi 77 kilometrdir. Saat 15.44-də baş verən şoklar təxminən altı saniyə titrəmə verib.

Beynəlxalq xəbər agentliyi Reuters zəlzələni "son dəqiqə" kodu ilə dünyaya elan edib. Yerli mətbuatda yer alan xəbərlərə görə zəlzələ nəticəsində hər hansı bir ziyan və insan itkisi ilə bağlı məlumat yoxdur.

Textonika üzrə mütəxəssis Prof. Dr. Həsən Sözbilir CNN TÜRK canlı yayımında açıqlamalar verərək bildirib ki, bölgədə zəlzələlər normaldır: "Mülayim bir zəlzələdir, evləri zərər görməyən vətəndaşların evlərində qalmağın ziyanı yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə