Azərbaycanda koronavirusun statistikası açıqlandı - 4323 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4323 yeni yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 142 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 85 980 nəfər müalicə olunaraq sağalıb, 1 593 nəfər vəfat edib, aktiv xəstə sayı 54 750 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 778, bu günə qədər isə ümumilikdə 1 817 804 test icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...