Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrının vaizi

Kəlbəcərdəki Xudavəng monastrına vaiz təyin olunub. Bu barədə açıqlamasında Xudavəng monastrına vaiz təyin olunan Alban-udin xristian provaslav icmasının sədr müavini Rafiq Danakari özü məlumat verib.

O bildirib ki, dünən Kəlbəcər rayonundakı Xudavəng monastrını ziyarətə gedərkən gözləmədiyimiz halda erməni keşişlərlə qarşılaşdıq. Biz onlara başa saldıq ki, monastır ermənilərə aid deyil, biz udinlərindir. Biz onlara sübut etdik ki, monastırı onlar 1993-cü ildə zəbt ediblər. Faktlar göstərdik ki, onlar monastırda, kilsələrdəki bütün əşyaları məhv ediblər. Dekabrın 4-ü həmçinin xrisrtianların bayramıdır. Biz ona görə getmişdik ki, monastırda şam yandıraq, ziyarət edək. Erməni keşişlərin maneçiliyinə baxmayaraq, biz ziyarətimizi elədik, şamlar yandırdıq və monastırda çəkilişlər də etdik".

Vaiz bildirib ki, səfər zamanı onlar monastırda erməni keşişlərinin olmasına da etiraz edib və bunu Rusiya sülhməramlılarına deyiblər: "Sülhməramlılar isə onların müvəqqəti olaraq burda qaldıqlarını bildirdilər".

R.Danakari deyib ki, hazırda Azərbaycanda 400-ə yaxın Alban kilsəsi var və onların hamısını ziyarət edəcəklər: "Bizim işğaldan azad edilən ərazilərimizdə də kilsələr var. 300-dən çox kilsə Qarabağ bögəsindədir. Onların hər birini ziyarət edəcəyik. Ermənilər işğal etdikləri ərazilərimizdə olan kilsə və monastrlardakı bütün tarixi əşyaları və ədəbiyyatı məhv ediblər, alban kilsələrinə, monastrlara erməni xaçı quraşdırıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...