İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb

İsmayıllıda koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, rayon sakini Vüqar Ziliyevin COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də, o, yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən küçədə hərəkətdə olarkən aşkarlanan həmin şəxs dərhal yaşadığı ünvana geri göndərilib.

Onun barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə