YAP Quba rayon təşkilatında şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Bu gün YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarları üzərinə gül-çiçəklər düzüb. Şəhidlərimizə Allahdan rəhmət diləyib.

Sədr bildirib ki, Vətən müharibəsində bu müqəddəs mübarizədə canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik: "Şəhid analarının qarşısında baş əyirik, onların əlləruindən öpürük ki, belə mərd, vətənvərvər oğullar yetişdiriblər".

Y.Abidov torpaqlarımzın işqaldan azad olunması münasibətilə xalqımızı təbrik edərək bildirib ki, bu qələbə Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanılıb: "Təbii ki, qələbəmizdə qalqımızın Prezidentimizə, ordumuza, güclü dəstəyi, cəmiyyətimizdə yüksək vətənpərvərlik ruhu və milli birliyimiz, həmrəyliyimiz mühüm rol oynadı. 44 günlük Vətən müharibəsi nəticəsində işqal altında olan torpaqlarımız azad edildi. Bu müharibədə hərbçilərimiz əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəy çevirən diplomatik məharəti nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonu qan tökülmədən, şəhid vermədən geri qaytarıldı. Bu mühüm tarixi hadisədir".

Eşq olsun Ali Baş Komandan Cənab İlham Əliyevə!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Eşq olsun Azərbaycan xalqına!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...