Şeyxülislam Allahşükür Paşazadə Özbəkistanda bir sıra görüşlər keçirəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Özbəkistana səfər edib. SİA-nın xəbərinə görə, Allahşükür Paşazadə Özbəkistan ziyarətinə Buxaradan başlayıb. Dünən Buxaraya gələn A.Paşazadə və nümayəndə heyətinin bu gün Səmərqənddə görüşlər keçirməsi nəzərdə tutulur. Mayın 21-dək davam edən səfərin son günü Allahşükür Paşazadənin paytaxt Daşkənddə olacağı bildirilir.
Səfər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədrini prezident İslam Kərimovun da qəbul edəcəyi gözlənilir. O, həmçinin Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanda yaşayan azərbaycanlılarla görüşəcək. Azərbaycanlı nümayəndə heyəti sonra Daşkənddə İslam Universitetinin şagirdləri ilə bir araya gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB