Prezident və birinci xanım şəhidlərimizin xatirəsini yad ediblər

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. SİA-nın məlumatına görə, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular.

Azərbaycanın dövlət himni səsləndirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə