Bakıda 14 obyekt karantin qaydalarını pozub

İqtisadiyyat Nazirliyi dekabrın 1-də sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə dekabrın 3-də monitorinq keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, monitorinqlər zamanı Binəqədi rayonunda “EKO kompüter DVD VƏ CD mağazası”nda, Cəfər Sadıqova məxsus ticarət obyektində, Gülümağa Şıxmətova məxsus çörək sexində, Nərimanov rayonunda İkram Hüseynova, Kazım Camalova məxsus tikinti materialları mağazalarında, Nəsimi rayonunda Gülbəniz Məmmədovaya məxsus “Məktəb ləvazimatları” pərakəndə ticarət obyektində, Nizami rayonunda "Təndir un və un məmulatları mağazası”nda, Qaradağ rayonunda “Ucuz market”də, Sabunçu rayonunda “Ayxan market”də, Səbail rayonunda “Üç alma market”də, Suraxanı rayonunda “Al market”də, Xətai rayonunda "Promart" MMC-yə məxsus “Market”də, Güllü Xana məxsus qarışıq mallar mağazasında, Yasamal rayonunda “Bizim market”də, ümumilikdə 14 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...