Salyanda keçmiş məhkum qətlə yetirilib

Salyanda keçmiş məhkum qətlə yetirilib

Salyan rayonunda qətl hadisəsi baş verib. SİA-nın Aran bürosuna Salyan rayon prokurorluğunun əməkdaşı Ceyhun Quliyevin verdiyi məlumata görə, rayonun Ə. Hüseynov küçəsində 1968-ci il təvəllüdlü Qafrarov Vahid Ağabala oğlu 1966-cı il təvəllüdlü həmyerlisi İsmayılov Çingiz İasmayıl oğlunu aralarında yaranan mübahisə zəminində bıçaqla sol börəyindən vurub. Xəsarət alan 3 gün sonra xəstəxanada dünyasını dəyişib. Ölən şəxs narkotik maddə istifadəçisi olub və məhkumluq həyatı yaşayıb. Mübahisənin hansı zəmində yaranması araşdırılır. Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən şəxs saxlanılıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə