Birləşmiş Ərəb Əmirliyinin “Əl-Bəyan” qəzetində Azərbaycan haqda məqalə dərc edilib
Birləşmiş Ərəb Əmirliyinin "Əl-Bəyan" qəzetinin müxbiri nəşrin bugünki sayının "Vahid Alem" bölməsində Azərbaycan haqda məqalə dərc edib. Məqalə keçən həftə Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki "Azərbaycan" Cəmiyyətinin JW Marriott otelində ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü və 28 May - Respublika günü münasibətilə keçirilən tədbirə həsr olunub. Bu barədə SİA-ya Dubaydakı Azərbaycan Cəmiyyətinin sədri Samin İman məlumat verib. "Azərbaycan Respublika gününü bayram edir\" başlıqlı yazıda deyilir:
\"Azərbaycan bu ay son müstəqilliyini əldə etdikdən sonra Respublika gününün 20-ci ildönümünü qeyd edir, dünyanin hər bir tərəfində yaşayan azərbaycanlılar kimi BƏƏ-ki Azərbaycan diasporu da bu bayramı qeyd edib. Tədbirdə Azərbaycan diasporunun rəhbəri Samir İmanov çıxış edərək deyib ki, 1918-ci ilin bu günündə Azərbaycan müstəqil dövlətin yaranmasını elan edib, lakin təəssüflər olsun ki, bu müstəqillik yalnız 23 ay çəkib. Buna baxmayaraq, bu qısa dövr ərzində Azərbaycan xalqı bir parlaq mərhələ yaşayıb, ona xarici müdaxilə və ya dominantlıq olmadan müstəqil siyasət həyata keçirib.
S.İmanov əlavə edib ki, 1920-ci aprel ayında keçmiş qırmızı ordu Azerbaycana daxil olduqdan sonra ölkədə Sovet hakimiyyəti qurulub və o vaxtdan 1991-ci ilin oktyabr ayına qədər Azərbaycan SSRİ-nin tərkibində qalıb. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan Respublikasının Ali Sovetinin rəhbəri mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında öz suverenliyinin geri qaytarılmasını bəyan edib.
Beləliklə, Azərbaycan 1920-ci ildə itirdiyi müstəqilliyini bərpa edib və müasir tarixinin yeni bir dövrünə qədəm qoyub. Azərbaycanın əsas strateji sərvətlərindən sayılan neftin kəşfiyyatı, hasilatı və nəqli sahəsində dünyanın ən nəhəng şirkətləri ilə müqavilələr bağlanıb və bu müqavilələrin məbləği 30 milyard ABŞ dollarından artıqdır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB