Müharibələri mediada necə işıqlandırmalı? - Jurnalistlər üçün təlim

Norveçin Helsinki Komitəsi tərəfindən "Müharibələrin mediada işıqlandırması" adlı təlim təşkil olunub. SİA xəbər verir ki, təlimdə "Mediada müharibə jurnalistikası", "Müharibələrin işıqlandırılması qaydaları və vərdişləri", "Jurnalistin təhlükəsizliyi qaydaları", "Qaynar nöqtələrdə işləyən jurnalistlər müharibə cinayətlərini həm yerli, həm də dünya ictimaiyyətinə necə çatdırılması" barəsində jurnalistlər üçün nəzəri və praktiki seminar keçirilib.

Seminarda təlimçi kimi Özbəkistanda anadan olan rejissor, prodüser, Emmy-nin namizədliyi və hazırda İngiltərədə yaşayan çoxsaylı mükafat qazanan prodüser, rejissor Şahidə Tulaqanova olub. Təlimdə həmçinin jurnalistlər üçün ilkin tibbi yardım təlimləri keçirilib. Ən sonda isə təlimdə iştirak edən jurnalistlərə sertifikat təqdim olunub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə