Qazimiz 3 həftədən sonra komadan çıxdı

Zəfər yürüşündə düşmənə qan udduran PDM-çilərimiz sözün əsl mənasında öz qəhrəmanlıqları ilə yadda qalıb. Belə döyüşçülərimizdən biridə Qəni Gözəlovdur. Doqquza yaxın düşmən texnikasını və xeyli sayda canlı qüvvəsini məhv edən PDM-çimiz namərd erməni atəşinə tuş gəlib. SİA xəbər verir ki, Vətən Müharibəsi ərəfəsində düşmən atəşinə tuş gələn PDM-çi qazi Qəni Gözəlov 21 gün komada qalıb. Bir neçə dəfə əməliyyat olunan döyüşçü ötən gün sağalaraq ailəsinə qovuşub. Qazimiz kənd sakinləri və ailəsi tərəfindən alqışlarla qarşılanıb.

Qəni Gözəlov deyir ki, bu Qələbədə payım olduğu üçün artıq heç bir ağrı acı hiss etmirəm. Çünki bizim bir məqsədimiz vardı - döyüşə girərkən düşməni məhv edək. Bu amal ilə düşmənə qarşı hücuma keçdik. Füzuli istiqamətində döyüşlərimiz oldu, doqquza yaxın düşmən texnikasını və xeyli sayda canlı qüvvəsini məhv etdik.

Qazinin atası Şakir Gözəlov öz oğlu ilə və ordumuzla fəxr etdiyini söyləyir. O deyir ki, hər birimizin arzusu gerçəkləşib - torpaqlarımız azad edilib, şəhidlərimizin qisası alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...