Səməd Seyidov: \"Azərbaycanda dövlət qulluğuna gəlmək və vəzifədən getmək mədəniyyəti formalaşmalıdır”
"Azərbaycanın həm özəl, həm də dövlət ali məktəbi dövlətindir. Hər bir özəl və ya dövlət məktəbinin inkişafı bizim marağımızda olan bir məsələdir. Dövlət qulluğunda çalışan insanların yaş həddinin 65 təyin olunmasında hansısa insanlar tərəfindən bəzi narahatlıqların keçirilməsinə heç bir əsas yoxdur". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov ötən gün Milli Məclisdə "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliklərə bəzi millət vəkillərinin narazılıqlarına münasibət bildirərkən deyib. O bildirib ki, bu qanun layihəsi Azərbaycan Respublikasında idarəetmənin təkmilləşdirilməsini daha da yüksək səviyyədə inkişaf etməsinə xidmət edən, yəni, Azərbaycan idarəetmə sisteminin içərisində, elmi müəssisələrdə, ali və orta məktəblərdə, başqa dövlət qurumlarında bir ənənənin yaradılmasına əsas verən bir sənəddir.
"Demokratik dövlətdə, o cümlədən Azərbaycanda dövlət qulluğuna gəlmək, dövlət qulluğunda fəaliyyət göstərmək və bu vəzifədən getmək mədəniyyəti, üslubu və forması formalaşmalıdır. Bu istiqamətdə cənab prezidentin atdığı addımlar məqsədə müvafiq və düzgündür. Bu, Azərbaycanda islahatların və idarəetmə sisteminin təkmilləşməsinə yönəldilən bir məsələdir. Yeni qanun layihəsində hər bir insanın, yüksək səviyyəli professor, elmlər doktorunun, Azərbaycana xidməti olan insanın əməyi nəzərə alınacaq və burada heç bir problem yoxdur. Bu hər bir millətin və dövlətin vəzifə borcudur", - deyə o əlavə edib.
Bu gün Azərbaycan Dillər Universitetində 65 yaşdan yuxarı nə qədər pedaqoqun fəaliyyət göstərməsinə gəlincə, S.Seyidov qeyd edib ki, bu universitet müxtəlif dövrlərdə islahatlar həyata keçirən bir ali məktəb olduğundan burada yaşı 65-dən yuxarı olan müəllimlərin sayı o qədər də çox deyil: "Bizim universitetdə gənclik üstünlük təşkil edir. Bu yaşda olanların da hamısı dəyərli və yüksək səviyyəli mütəxəssislərdir. Onların bilik və bacarıqlarından istifadə olunması ən vacib və gündəmdə olan bir məsələdir. Gələcəkdə də onların bilik və bacarıqlarından yüksək səviyyədə istifadə edəcəyik və heç kim kənarda qalmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB