Erməni ombudsmanı Qarabağlılarını təhqir olunmalarını yolverilməz adlandırdı

Ermənistan Ombudsmanı Arman Tatoyan Qarabağ ermənilərinə qarşı sosial şəbəkələrdə yayılan təhqiramiz ifadələrin qəbuledilməz olduğunu bildirib. İnsan hüquqları müdafiəçisinə görə, bəzi hallarda ifadələr daxili qarşıdurma yaratmaq, bəzən də nifrət oyatmaq məqsədi daşıyır. Bu cür ifadələr çox vaxt saxta və ya şübhəli səhifələrdən verilir.

"Mən bu cür hərəkətləri qəbuledilməz hesab edirəm. Qarabağ ermənilərinin şərəf və ləyaqəti, erməni xalqının birliyinin rəmzlərindən biridir. Birləşmək bizim üçün hər zamankındən daha vacibdir", deyə Tatoyan Facebook səhifəsində qeyd edib.

Bundan əvvəl ombudsman, iqtidar ilə müxalifət arasında, eləcə də Qarabağdan olan ermənilərə qarşı düşmənçilik və nifrət yayma təhlükəsi barədə dəfələrlə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...