Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib

Son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq noyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda sayca 17-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönələn tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etmələri vətəndaşlardan bir daha xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə