Qazaxda at cıdırı üçün yeni marşrut layihəsi hazırlanıb

Qazaxda at cıdırı üçün yeni marşrut layihəsi hazırlanıb

Qazax rayonunda at cıdırı üçün yeni marşrut layihəsi hazırlanıb. Bu barədə SİA-nın bölgə müxbirinə Qazax rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Valeh Vəliyev məlumat verib.Onun sözlərinə görə, layihə baxılması üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib.

V. Vəliyev əlavə edib ki, layihədə cıdır düzü 9 km məsafəni əhatə edir.

"Vaxtı ilə Dilboz atları ilə məşhur olan Qazax mahalında indi atçılıq təsərrüfatından heç nə qalmayıb. Bu layihə bir zamanlar mövcud olan ənənəni bərpa etməyə imkan verəcək", - V. Vəliyev deyib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə