Vitali Çurkin: \"Rusiya Liviya böhranında proaktiv vasitəçidir\"

Vitali Çurkin: \"Rusiya Liviya böhranında proaktiv vasitəçidir\"

\"Rusiya Liviya böhranında proaktiv vasitəçidir\". SİA-nın məlumatına görə, bu sözləri Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin açıqlaması zamanı deyib. Onun sözlərinə görə, Rusiyanın bu məsələdə rolu yalnız vəziyyətin düzəlməsi istiqamətində görülən işlərlə bitmir: \"Rusiyanın Liviyada baş verən hadisələrlə bağlı mövqedəki rolu bəllidir. Amma bununla yanaşı qeyd edim ki, Rusiya proaktiv vasitəçidir. Lakin, bu nə Tripoli, nə də Benqazi ilə əlaqəli deyil\".

Vitali Çurkin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun verdiyi açıqlamanı diqqətə çatdıraraq fikirlərini əsaslandırıb: \"Bir neçə gün əvvəl Lavrovun açıqlamasında Rusiyanın mövqeyi açıq-aşkar göstərilmişdi. Belə ki, Lavrov Rusiyanın Liviyalı səlahiyyətlilərlə Benqazidəki müxalifətçilər arasında vasitəçilik etmədiyini bildirmişdi\".

Qeyd edək ki, Vitali Çurkin Moskvanın BM və Afrika Birliyinin Liviyadakı böhrana son vermə cəhdlərini dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə