Qafqazın Xirosiması - AĞDAM - Euronews- VİDEO

Euronews kanalı Ermənistanın 30 illik işğalından azad olunmuş Ağdam şəhərindən reportaj hazırlayıb. SİA-nın verdiyi məlumata görə, kanal reportaja heç tərəddüd etmədən ""Qafqazın Xirosiması" - Ağdam" adını verib.

Müxbir Ağdam sakinindən şəhər haqqında soruşur, sakin bildirir ki, şəhər ermənilər tərəfində o qədər dağıdılıb ki, kimsə nəinki öz evini, hətta yaşadığı küçəni belə tapmaqda çətinlik çəkir.

Qeyd olunur ki, Ağdamın yenidən qurulmasına illər sərf olunacaq, amma bundan əvvəl şəhərdə və şəhər ətrafında erməni silahlıları tərəfindən basdırılmış yüz minlərlə mina zərərsizləşdirilməlidir. Azərbaycan hökuməti təkcə Ağdam şəhərinin deyil, bütün işğaldan azad edilmiş rayonların dirçəldilməsinə ilkin olaraq 6 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə