Azərbaycan dünya mətbuatının çapında

Son vaxtlar dünya mətuatında, efirində Azərbaycanla bağlı olan həqiqətlər milyonlara insanlara çatdırılır. Dünyanın hər bir yerindən Azərbaycanın səsi, sorağı gəlir, eşidilir. Qürurvecidir ki, dünya mətbutı Azərbaycan reallıqlara laqeyd deyil. Azərbaycanın uğurları, qalibiyyəti, işğaldan azad olunan ərazilərimizdə yerləşən abidələrin ermənilər tərəfindən dağıdılması, təbii ehtiyatların talanması və s. dünya ictimaiyyətinə çatdırılır.

Bu gün Azərbaycan öz torpqlarına sahib olduğu bir zamanda Azərbaycanın işğaldan azad olunmuş Dağlıq Qarabağ bölgəsində və digər ərazilərində təbii sərvətləri necə vəhşicəsinə talanması diqqətdən kənarda deyil. Ötən əsrin son onilliyində baş verən ictimai-siyasi proseslər nəticəsində xalqın milli varlığını, onun tarixini əks etdirən abidələr Ermənistan təcavüzkarları tərəfindən dağıdılıb. Misir mətbuatı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş Ağdamın məscidinin qarşısında çıxışını diqqətdə saxlayaraq Prezident İlham Əliyevin Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışladığını diqqətə çəkib. "Asiaelyoum" informasiya agentliyi, "Aldiplomasy", "Elghad", "Garbnews", və digər portallarında Azərbaycan həqiqətlər, ölkəmizdə hökm sürən tolerantlıq mühiti qeyd olunmaqla yanaşı, erməni vandallığının təzahürü də dövlət başçısını çıxışı əsasında təqdim olunub.

Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdəki xristian məbədləri ilə bağlı bəyanatına geniş yer verib. "Jewish Press"in Qarabağ Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan, ayrılmaz hissəsidir məqaləsi isə sentyabrın 27-də başlanan Vətən müharibəsində dinc sakinlərin qətlə yetirilməsini, Ermənistanın mülki əhalinin sıx yaşadığı yerləri hədəf götürməsi nəticəsində Azərbaycanda mülki obyektlərə, şəxsi evlərə zərər dəydiyi öz əksini tapıb. İndoneziyanın "iNews.id" saytı Azərbaycan Ordusunun Kəlbəcər rayonuna daxil olmasından bəhs edən material yayıb. Məqalədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatından sitat gətirilərək mövcud vəziyyətlə bağlı oxuculara ətraflı məlumat verilir. 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini darmadağın etməsi və cəbhədə qazandığımız böyük uğurlardan söz açılır. Məlumdur ki, ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları ermənilər tərəfindən hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Azərbaycanda olan əlverişli təbii şərait, onun sıx meşələri erməni təcavüzkarları tərəfindən talan edilib. Ermənilər son günlərdə də öz simasını, rəzilliyini ortaya qoymuş oldu. Azərbaycan humanizmindən sui-istifadə edərək, təbii sərvətlərimizi, evləri, məktəbləri belə yandırmaqdan çəkinmədilər. Bütün bu və digər vəhşiliklər dünya mətbuatıda yer alır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...