BMTM “Insight Turkey” dərgisində münaqişə barədə məqalə dərc etdirib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin və Mərkəzin baş məsləhətçisi Vasif Hüseynovun həmmüəllifliyi ilə yazılmış “Ermənistan – Azərbaycan münaqişəsi” başlıqlı məqalə Türkiyənin nüfuzlu “Insight Turkey” jurnalında dərc edilib.

Məqalə müəllifləri 27 sentyabrda başlamış və 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsinin səbəblərinə diqqət çəkib. Bildirilib ki, 2018-ci ildə Ermənistanda baş vermiş hökumət dəyişikliyindən sonra tərəflər arasında münaqişənin sülh yolu ilə həlli üçün şərait yaransa da, Ermənistanın yeni rəhbəri Nikol Paşinyanın bu prosesdən sui-istifadə etməsi nəticəsində sülhə nail olmaq mümkün olmayıb. N.Paşinyan hökumətinin davamlı təxribatçı addımları nəticəsində münaqişə daha da alovlanıb və sülh danışıqları tamamilə mənasızlaşıb. N.Paşinyanın 2019-cu ilin avqustunda Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı bu prosesdə həlledici rol oynayıb və Azərbaycanda sülhə olan ümidlərə zərbə vurub.

Məqalədə 44 günlük müharibənin Ermənistanın əvvəlki Müdafiə naziri David Tonoyanın “yeni torpaqlar uğrunda yeni müharibə” strategiyasını həyata keçirmək üçün Ermənistan tərəfindən başladıldığı bildirilib. “Ermənistan hakim dairələri Azərbaycanın müdafiə qabiliyyətini və Azərbaycan xalqının Qarabağ məsələsində birliyini və əzmini düzgün qiymətləndirməyib və bunun nəticəsində Ermənistan ordusu müharibədə acınacaqlı vəziyyətə düşüb”,-məqalədə qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...