Milli Məclisinin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında qanun"a əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. SİA xəbər verir ki, qanun layihəsi haqda parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədr müavini Rövşən Rzayev məlumat verib.
O bildirib ki, dəyişikliklər dövlət qulluğunda olmanın yaş həddi ilə bağlıdır. Onun sözlərinə görə, dəyişikliklərdə dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65 yaş müəyyənləşdirilib.
R.Rzayev vurğulayıb ki, 65 yaşına çatmış dövlət qulluqçusunun qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər: "Dövlət qulluqçusunun qulluqda olma müddətinin 5 ildən çox uzadılmasına icazə verilmir. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq həmin qurumun işçilərinin sayının 1faizdən artıq ola bilməz".
İclasın davamında "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərlə əlaqədar olaraq Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi də müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, prezident İlham Əliyevin imzası ilə göndərilən layihədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olması nəzərdə tutulur.
Onun sözlərinə görə, müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətini müvafiq icra hakimiyyəti orqanının rəhbəri hər dəfə bir ildən çox olmayaraq uzada bilər: " Lakin bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir. Başqa sözlə, dövlət idarələrində çalışanların yuxarı yaş həddi 70-dən çox ola bilməz".
Qanuna dəyişiklərdən narahat olan rektor deputatlar narazılıqlarını bildiriblər.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 65 yaş həddininin 70 yaşla əvəz olunmasını istəyib: \"Hazırda Azərbaycanda 1800 professor var. Bu qanun qəbul olunandan sonra onların hamısı işdən çıxarılmalıdır? İşdən çıxarılanlar üz tutacaq özəl universitetlərə, özəl universitetlər çiçəklənəcək. Yaşlı nəsli küçəyə atmaq olmaz. 65 yaş 70 yaşla əvəz olunsun".
Qeyd edək ki, müzakirələrdən sonra hər iki qanun layihəsi qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB