Azərbaycan haqq yolunda apardığı mübarizədə qalibdir - MƏQALƏ

“Haqq yolunda addımlayanın köməyi çox, düşməni yox olar”. Bu həqiqətən də belədir. Bu gün hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də, xalqın rifahı faktorunda Azərbaycan Prezidenti İlham Əliyev Liderliyi amili mövcuddur. Prezident İlham Əliyev dediyi “Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur” fikri, bu gün həqiqətən də ölkəmizdə İkinci Vətən müharibəsi getdiyi bir zamanda görünməkdədir. Bir-birinin ardınca işğal olunmuş torpaqlarımızın azad olunması, mütəmadi olaraq yeni qələbə xəbərlərinin gəlməsi hər bir azərbaycanlını sevindirir. 30 il arzusunda olduğumuz Qarabağ yanğısını, qələbəsinin həsrətini çəkirdik. Bu həsrətə 8 noyabr 2020-ci il Şuşanın, 20 noyabr Ağdamın, 25 noyabr Kəlbəcərin azad edilməsi ilə son qoyuldu. Dekabrın 1-ə qədər Laçının və onun ardınca digər torpaqlarımızın işğaldan azad olunduğu tarixi günləri xalqımıza yaşadan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Şanlı Azərbaycan Ordusu, Rəşadətli əsgər və zabitlərimiz bəxş etməkdədir. Yaşa Prezidentimiz! Yaşa Güclü Ordumuz! Yaşa Rəşadətli əsgər və zabitlərimiz!.

Qələbə həsrətinə son qoyulan 10 noyabr tarixi

Bu gün Azərbaycan xalqı xoşbəxt xalqdır ki, 30 il də həsrət qaldığı qələbəyə 10 noyabrda son qouldu, tarixi sənəd imzalandı - Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı! Ali Baş Komandanımız yenə də tarixdə ən böyük Qələbəni - Vətən Müharibəsnin Azərbaycanın tam qələbəsi ilə başa çatdığı müjdəsini xalqımıza, bütün dünyaya çatdırdı. Bildirdi ki, “Bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələrinin xalqlarının mənafelərinə cavab verir. Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq”.

Bəli, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Vəssalam, nida! başqa yol yoxdur!!! Bu yol Qələbələr yoludur! Bu yol Haqq yoludur! Bu yol Azərbaycanımızın ərazi bütövlüyü yoludur, ədalət yoludur, həmrəylik yoludur, azadlıq yoludur!. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaratması yoludur. Dövlət başçımız İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız 8 noyabr-10 noyabr tarixi günün sabahı da əvvəlki sabahlardan fərqli oldu. 30 illik həsrətimizə son qoyuldu! Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağıraraq bildirirdi ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Bizim başqasının torpağında gözümüz yoxdur. Ancaq işğalçı, rəzil, mənəviyyatsız və terrorçu düşmən dövlət Ermənistan anlamadı. Dövlət başçımız dəfələrplə “düz yola gəl” dedi, yenə də qanmadı. Belə olan halda, Ali Baş Komandanımızın dediyi kimi “Çünki düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!”

Ayağı saylı Şuşa…

Şuşanın ayağı sayalı oldu. 8 noyabrda Şuşamızın azad olması müjdəsini verən Prezident, Ali Baş Komandanımız İlham Əliyev Şuşanın azad olunduğunu və üçrəngli Dövlət Bayrağımızın dalğalandığını dedi. 9 noyabr qürurumuz, məsləkimiz, mənliyimiz olan Bayraq Günü zamanı 71 kəndin, 1 qəsəbənin və 8 yüksəkliyin azad oluması, 10 noyabrda isə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında görüşdə yenə də Ermənistanın baş nazirinin iştirak etməməsi bir daha terrorçu dövlətin xislətinin sübutudur. Lakin buna baxmayaraq, 3 ölkənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladıqları Bəyanat şanlı qələbəmizdir. Bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də söyləyib: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.

Bəli, “Qarabağ Azərbaycandır və nida” şüarı qələbəmizin rəmzinə çevrildi. Azərbaycan Prezidenti xalqa müraciətində də bir daha onu vurğuladı ki, bu ifadə Qələbə rəmzinə çevrilib: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

Göründüyü kimi, cəmi 44 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun və bu 44 gün müddətində terrorçu Ermənistanın “status-kvo” oyunu ürəyində qalsın.

Bəli, hər gün, hər an Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımıza qələbə sorağını verdikcə, Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgərlərimiz, həmçinin xalqımızla qürur duyuruq. Bütün bunlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının, Müzəffər Ordumuzun, Rəşadətli əsgərlərimizin və xalqımızın BİRLİYİ, Həmrəyliyi nəticəsində əldə etdik.

Budur, dünya səviyyəli, cəsarətli LİDER! Budur, xalqın Prezidenti olmaq!

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: “Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz”.

Çünki Qarabağ Bizimdir!, Qarabağ Azərbaycanındır!, Qarabağ Azərbaycandır!!! Növbəti Laçınımızın qələbə sorağı ilə!

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...