Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edilib. SİA xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Harvard İncəsənət Muzeylərinin (Harvard Art Museums) veb-saytında rəqəmsal kolleksiyalar bölməsində Qarabağ xalçasının erməni mədəniyyəti kimi təqdim olunması barədə Mədəniyyət Nazirliyinə müraciət daxil olub.
Mədəniyyət Nazirliyi tərəfindən Harvard İncəsənət Muzeyləri şəbəkəsinin veb-saytındakı rəqəmsal kolleksiyalar bölməsində yer alan həmin “Talış xalçası”nın (Eksponat nömrəsi: 1958.169) toxunulduğu məkanın artıq “Azərbaycan” olaraq düzəldildiyi məlum olub.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə