Koronavirusla mübarizədə fəal iştirak etməliyik - Sahibə Qafarova

Koronavirusla mübarizədə hamımız öz dəstəyimizi göstərməliyik. SİA-nın məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova bildirib ki, son dövrlər koronavirusla bağlı vəziyyət gərginləşib.

Sədr koronavirusa yoluxan deputatlar haqqında da danışıb: “Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var. Xahiş edirəm ki özünüzü qoruyun. Qarşıda bizi çox əhəmiyyətli günlər gözləyir. Tələb edirəm ki qaydalara riayət edəsiz. Bu mübarizədə də fəal iştirak etməliyik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə