Bakı-Pirşağı-Sumqayıt qatarında problem yaşanıb YENİLƏNİB

Bakı-Pirşağı-Sumqayıt sürət elektrik qatarında yaranmış problem aradan qaldırılıb. SİA-nın verdiyi məlumata görə, 08.50-də çatmalı olan qatar 09.15-də Sumqayıt sərnişin stansiyasına çatıb. ******* Bu gün Bakı-Pirşağı-Sumqayıt sürət elektrik qatarında problem yaşanıb. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakıdan Sumqayıta 08.50-də çatmalı olan qatar Pirşağı stansiyasında elektrikin olmaması və kontaktın itməsi səbəbindən gecikib. Hazırda xeyli sayda sərnişin Sumqayıt stansiyasında qalıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...