Masallıda ağacəkmə aksiyası keçirilib

Noyabrın 23-də Bakı-Astara magistral yolunun Masallı rayonu ərazisi boyunca və Masallı şəhərindəki Bakı prospektində ağacəkmə aksiyası keçirilib. SİA-nın əməkdaşı xəbər verir ki, aksiya çərçivəsində 100-dən çox küknar və şam ağacları əkilib, ərazidəki yaşıllıqlara qulluq göstərilib, ağacların dibi yumşaldılıb.

Ağacəkmə aksiyasında Masallı Yaşıllaşdırma İdarəsinin kollektivi xüsusi fəallıq göstərib. İdarəsinin sahə rəisi Adbala Əmənov bildirib ki, aksiya bir neçə gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə