Ağcabədidə YAP-ın yaranması münasibətilə videokonfrans keçirilib

YAP Ağcabədi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirmişdir. Videokonfransda YAP ərazi ilk təşkilat sədrləri, YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurası, Gənclər Birliyinin üzvləri iştirak etmişlər.

Videokonfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq konfrans iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü və erməni işğalçıları üzərində qazanılmış Qələbə münasibətilə təbrik etmişdir.

R.Əhmədov çıxışında bildirmişdir ki, Azərbaycan xalqı 30 ilə yaxındır ki, işğalda olan Qarabağ torpaqlarının azad edilməsini səbirsizliklə gözləmişlər. Bu müddət ərzində istər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə, istərsə də Ulu Öndərin siyasi varisi Cənab Prezident, İlham Əliyevin 2003-cü ildən başlayaraq ardıcıl olaraq həm siyasi müstəvidə, həmdə ordu quruculuğu sahəsində gördüyü işlər öz bəhrəsini verdi, addım-addım bizi qələbəyə yaxınlaşdırdı: "Sentyabrın 27-də erməni təcavüzünə cavab olaraq başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir tarix yazdı. İqtidar – Xalq – Ordu birliyi öz bəhrəsini verdi. Hamı yumruq kimi birləşdi, hər kəs Qələbəyə öz tövhəsini verdi və möhtəşəm Qələbə qazanıldı. Bu qələbənin qazanılmasında şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev əsl sərkərdə kimi hərəkət edərək xalqı və ordunu ruhlandıraraq, öz ardınca apardı, öz xalqına güvənərək demək olar ki, dünyanın böyük güc mərkəzləri ilə siyasi meydanda təkbətək döyüşdü, ona qarşı edilən təzyiq, hədə-qorxulara mətanətlə sinə gərdi və bütün dünyaya sübut etdi ki, Azərbaycanın mübarizəsi haqq mübarizəsidir və Qarabağ torpağı Azərbaycanın əzəli torpaqlarıdır".

Konfransda YAP Ağcabədi rayon təşkilatının qadinlar şurasinin sədri Radə Qafarova, YAP rayon təşkilatının Hacıbədəlli ərazi ilk təşkilatının sədri Feyzulla Feyzullayev çıxır edərək tədbir iştirakçılarını təbrik etdilər və mövzu ətrafında öz mülahizələrini bölüşdülər. Konfransda ilk təşkilatlara qarşıda duran vəzifələr barədə tövsiyələr verildi.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə