İgid döyüşçülərimiz orden və medallarla təltif olunacaq

Prezident İlham Əliyev: "Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək"

Azərbaycan 44 gün davam edən Vətən müharibəsində qələbə çaldı, milyonlarla insanlara qələbə sevincini yaşatdı. Bu qələbəni bizə yaşadan Ali Baş Komandan, Azərbaycan ordusu oldu. Xalq-iqtidar birliyi oldu. Xalqın yumruq kimi birləşməsi, həmrəyliyi oldu. Bu birlik, bu güc, iradə düşmənə dərs vers verdi. Azərbaycan Prezident İlham Əliyev siyasi iradəsi, müdrikliyi xalqımızın tarixinə Qalib Xalq ifadəsini yazdırdı. "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib.

Hərb meydanında igidlik göstərən, vətən torpağını düşməndən qanı, canı bahasına azad edən Azərbaycan bayrağını uca tutan vətən oğullarının bu qələbənin qazanılmasında rolu danılmazdır. Onların hər biri ilə qürurlanır, qarşılarında borcluyuq. Belə igidlik göstərmiş vətən övladları yüksək adlara, mükafatlara, ehtirama layiqdirdir. "Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm" – deyən Cənab İlham Əliyev müvafiq göstəriş verildiyini hərbçilərlə görüşü zamanı vurğulamışdır: "Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək".

Bildiyimiz kimi, müstəqillik dövründə "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Şücaətə görə", "Hərbi xidmətdə fərqlənməyə görə" medallları təsis olunub və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində iştirak etmiş, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnən döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etmiş və s. fərqlənən şəxslərə verilib. Azərbaycan və Ermənistan cəbhəsində baş verən aprel döyüşləri və ümumiyyətlə. Qarabağ savaşında Azərbaycan sərhədlərinin qorunmasında xidmətlərinə görə zabit, gizir və əsgər heyəti müxtəlif orden və medallarla təltif olunmuşdular. Hazırda Azərbaycanda 10 orden və 64 medal var.

Bu gün Azərbaycanda yeni Vətən Müharibəsi ilə bağlı orden və medallar və fəxri ad təsis edilib. Azərbaycan Prezidenti tərəfindən daha 2 orden və 15 medalın təsis edilməsi təklif olunub. Yeni ad isə "Vətən müharibəsi qəhrəmanı" adıdır. Yeni təklif olunan 2 ordendən biri "Zəfər", digəri isə "Qarabağ" ordenidir. Medallara gəlincə isə, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı,

"Füzulinin azad olunmasına görə" medalı, "Vətən müharibəsi iştirakçısı" medalı, "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" və s. Vətən müharibəsində torpaqlarımızın düşməndən alınmasında qəhrəmanlıq, şücaət göstərən şəxslər təltif olunacaqlar. Bundan başqa, döyüşdə qəhrəmanlıq, şücaət göstərən vətən oğullarına "Vətən Müharibəsi Qəhrəmanı" adı da veriləcək. Bütün bunlar dövlətimizin mərd, mübariz, vətənpərvər, igid övladlarına diqqətinin, qayğısının təzahürüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə