Çexiya prezidenti: “Dünya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır”
Azərbaycanda səfərdə olan Çexiya prezidenti Vatslav Klaus Milli Məclisdə spiker Oqtay Əsədovla görüşüb. SİA-nın məlumatına görə, görüşdə O.Əsədov bildirib ki, Çexiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2009-cu ildə 38 milyon dollar, 2010-cu ildə isə 48 milyon dollar olub. Onun sözlərinə görə, bundan sonra bu rəqəm daha da artırılacaq: "Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində yaxşı tərəfdaş olacaq. Bu istiqamətdə artıq işlər aparılır".
Daha sonra söz alan Çexiya prezidenti bildirib ki, dünya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, lakin Ermənistan öz mövqeyindən yenə də əl çəkmir.
"Bu ilin payızında Şərq tərəfdaşlığının iclasında iştirak edəcəm və orada da Azərbaycanla olan münasibətlər diqqət mərkəzində olacaq. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir" - deyə qonaq vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB