Jurnalist qurumu: «Sosial şəbəkələr nəzarətsiz poliqona çevrilib”

“Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi, sosial şəbəkələrdə hökm sürən nəzarətsizlik və informasiya xaosu ilə əlaqədar bəyanat yayıb. Jurnalist qurumunun rəhbəri Mətləb Salahov mətbuata açıqlamasında bəyan edib ki, fikir azadlığı ağlına gələni danışmaq və informasiya sabotajı yaratmaq deyil: “Təəsüf ki, son bir neçə il ərzində sosial şəbəkələr əsl xaotik vəziyyətdədir. Heç bir sərhəd tanımayan məlumat yayımı, dövlət və milli maraqların gözlənilməməsi, ailə həyatından tutmuş ən kiritik dövlət və siyasi məsələlərə qədər hər şeyin hədəfə alındığı sosial şəbəkələrdə nəzarət mütləq tənzimləməlidir. Tənzimləmə mexanizminin olmaması təhlükəlidir. Müharibə zamanı dövlətin məcburən interneti məhdudlaşdırmağa məcbur olması dediklərimiz üçün bariz nümunədir. Sosial şəbəkələr nəzarətsiz poliqona çevrilib və bu proses dayandırılmasa, cəmiyyət olaraq bunun acı nəticələrini uzun illər çəkməli olacayıq.”

Bütün xəbərlər Facebook səhifəmizdə