Qazaxıstanın Aktobe şəhərində terror aktı törədilib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Milli Təhlükəsizlik Komitəsinin şəhər departamentinin binası qarşısında törədilmiş partlayış nəticəsində 1 nəfər ölüb. Yaralıların olduğu bildirilir. Ölənin terrorçu-kamikadze olduğu ehtimal edilir. Faktla bağlı cinayət işi açılıb. Hadisə yeri mühasirəyə alınıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB