Qazaxıstanda baş verən intihar hücumunun əsl məqsədi müəyyənləşib

Qazaxıstanda baş verən intihar hücumunun əsl məqsədi müəyyənləşib
Qazaxıstanın Aktöbe şəhərindəki kəşfiyyat təşkilatı (KNB) binasına intihar hücumu təşkil edən kamikadzenin əsl məqsədinin bombanı binanın içərisində partlatmaq olduğu iddia edilib. SİA-nın xəbərinə görə, binanın içərisinə girmək istəyərkən təhlükəsizlik maneəsinə ilişən təcavüzkarın tutulmamaq üçün binanın girişində bombanı partlatmaq məcburiyyətində qaldığı ifadə edilib. Rəsmi qaynaqlar hərəkəti reallaşdıran adamın şəxsiyyəti və hadisənin səbəbləri haqqında hələ bir şərh etməyiblər. Ancaq buna baxmayaraq təcavüzkarın 30 yaşında olduğu təxmin edilir.

Hücum zamanı intiharı törədən həyatını itirib, 3 adam yaralanıb. Qazaxıstan Baş prokurorluğunun mövzu ilə əlaqədar bir mətbuat konfransı təşkil edəcəyi ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə