“30 illik həsrətə son qoyan Müzəffər Ordumuz 44 gündə öz gücünü göstərdi” - MƏQALƏ

Bu gün məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Müzəffər Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır. Və qazanılan qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.

Bir sözlə, Böyük Azərbaycan zərrə-zərrə işğal edilsə də, ağır döyüşlərdə büdrəsə də, heç vaxt yıxılmamışdır. Dəfələrlə aramsız müharibələrə, talanlara, işğallara məruz qalan ana yurd Prezident cənab İlham Əliyevin sözləri ilə desək, heç vaxt indiki qədər qüdrətli olmamışdır.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı bildirmişdir ki, "Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - Müzəffər xalq, Güclü dövlət, Yenilməz ordu və Güclü iradə sahibi kimi".

Bəli, bu gün Müzəffər Ordumuz, məğrur və rəşadətli əsgər və zabitlərimiz Azərbaycan Prezidenti, Ali Baş Komandanın əmrlərini yerinə yetirərək artıq 44 günündə Azərbaycanımızın şanlı tarixini yazdı. Ali Baş Komandanımız Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı bildirmişdir ki, bu gün 30 il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir: "Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır".

Dövlət başçımız onu da bildirib ki, Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başladı. "Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi", - deyə Ali Baş Komandan vurğulayıb.

Bu gün Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr bir daha sübut edir ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əks hücumu nəticəsində uzun illər işğal altında olan torpaqlarımızın azad olması xəbəri hər birimizdə böyük ruh yüksəkliyi yaradır. Çünki bu gün Azərbaycan, Azərbaycan Ordusu haqqın, ədalətin bərpası, ərazi bütövlüyümüz, öz torpağımız uğrunda vuruşur. Bu, o əsgərlərimizdir ki, düşmənləri 30 il işğal altında saxladıqları torpaqlarımızdan iti qovan kimi qovurlar. Ali Baş Komandanımız xalqa müraciətlərində, müsahibələrində dəfələrlə vurğulayıb ki, bizim əsgərlərimiz erməni əsgərlərini iti qovan kimi qovurlar: “Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”.

Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Təcavüzkar və işğalçı Ermənistan gördü ki, xalq-iqtidar-ordu birliyinin nümunəsi QƏLƏBƏDİR! Həmçinin, bu vəhdətin nümunəsi qədirbilən xalqımızın öz Prezidentinin, Ali Baş Komandanının yanında olması, Onun hər sözünə, bütün qərarlarına sadiqliyidir. Məhz bu gün düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olur. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Beynəlxalq aləmə ədalətin, haqqın öz gücü hesabına bərpa olmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini də gördü. Artıq dünya əvvəlki deyil. Dünya ölkələri Azərbaycanın haqq savaşı apardığını bilir. Bu, həm də ölkə Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Budur, Ali Baş Komandanımızın diplomatik siyasətinin nəticəsi! Budur Güclü Ordumuzun gücü, budur Mübariz, igid əsgərlərimizin rəşadəti! Budur Xalq-Ordu birliyi, bu orduya olan inamdan xəbər verir.

Azərbaycan Prezidenti, Ali Baş komandanımız İlham Əliyev cənablarının dediyi kimi “Bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır”.

Bəli, bu gün bu faktor bütün dünya tərəfindən görünməkdədir. Azərbaycan Prezidenti Vətən Müharibəsində yaralananlarla görüşü zamanı bildirib ki, bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri isə işğalçı əsgərlərdir: “Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür”.

Bu gün Müzəffər ordumuz Qarabağ cəbhəsində tarix yazır, işğal altında olan torpaqlarımız işğaldan azad edilir və edilməkdədir. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!

MƏHƏBBƏT İBRAHİMOVA,

YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...