Azərbaycan Vətən Müharibəsində tariximizin ən parlaq səhifəsini yazdı

Artıq 2020-ci il 10 noyabr Azərbaycan tarixinə ZƏFƏR QƏLƏBƏSİ kimi yazıldı. 10 noyabrda tarixi sənədin imzalanması ilə bağlı Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində bir milyondan çox öz doğma yurd-yuvalarından qaçqın düşmüş soydaşlarımızın 30 illik həsrətinə Ali Baş Komandanın rəhbərliyi, Mzəffər Ordumuzun gücü ilə bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Və sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu ən vacib amildir. Beynəlxalq aləmə ədalətin, haqqın öz gücü hesabına bərpa olmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini gördü. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Əlbəttə, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Çünki Prezident, Ali Baş Komandan İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Bütün bunların məntiqi nəticəsi olaraq 30 il işğal altında olan əzəli torpaqlarımız – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Xalq qələbə sevincini daddı, hər bir şəhərin, qəsəbənin və kəndin işğaldan azad edilməsi sevincini daddı. Dekabrın 1-nə kimi digər rayonların qaytarılmasını nəzərdə tutan bəyanatın imzalaması isə TARİXİ ZƏFƏR həftəsi kimi həkk olundu.

Dövlətin Lideri olaraq, xalq olaraq bir daha göstərdik ki, Xalq-Dövlət-Ordu olaraq güclüyük, haqqın, ədalətin, ərazi bütölüyümüz uğrunda mübarizə aparırıq. Bu Vətən Müharibəsi bir daha göstərdi ki, Ali Baş Komandanımız İlham Əliyev prezidentlik fəaliyyətinin son 17 ili ərzində həm siyasi, həm də döyüş meydanında diplomatik, qətiyyətli siyasətə malik və dünya dövlətlərinin həsəd apardığı Gücülü LİDERDİR.

Bu müharibə həm də Ermənistan tərəfinin özü haqda yaratdığı "yenilməzlik" iddialarını da darmadağın etdi. Azərbaycan siyasət meydanında olduğu kimi döyüşdə də qazandığı qələbələrlə düşməniin iç üzünü dünyaya açıb göstərdi. Həmçinin onu da vurğulayaq ki, biz bunu yalnız tarixi baxımdan deyil, hüquqi baxımdan da sübut etdik. Yəni qətnamələr kağız üzərində qaldı, nüfuzlu təşkilatların çoxu bizim tarixi torpaqlarımızla bağlı xeyrimizə olan elə bir ciddi qərarlar qəbul edə bilmədi. Bu hüququn gücsüzlüyü idi. Amma gücün hüququ nədən ibarət oldu? Dövlətin Lideri olaraq, xalq olaraq bir daha göstərdik ki, Xalq-Dövlət-Ordu olaraq güclüyük, haqqın, ədalətin, ərazi bütölüyümüz uğrunda mübarizə aparırıq. Dövlət bvşçımızın dediyi kimi "Nüfuzlu təşkilatların üzərilərinə götürməli olduğu öhdəlikləri XALQ-DÖVLƏT həmrəyliyi ilə özümüz yerinə yetirdik".

Bəli, budur Ali Baş Komandan. Budur, ölkənin Prezidenti, Lideri olmaq!

Azərbaycan tarixinin şanlı günlərini xalqına yaşadan beynəlxalq aləmə ədalətin, haqqın öz gücü hesabına bərpa olmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini gördü. Azərbaycan Qarabağa qovuşdu, tarixi ədalət bərpa olundu.

30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin nəhayət ki, qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyuldu. Tarixi ədalət bərpa olundu!

Bu isə Xalq-İlham Əliyev birliyinin təntənəsi, Müzəffər Azərbaycan Ordusunun hünəridir. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezidentimiz İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Xalqımıza növbəti gözaydınlığı verən Ali Baş Komandanımız 2020-ci il noyabrını 20-si tarixi qələbə günüdür. Bəli, bu gün murdar erməni işğalçılar Qarabağın aranı ilə dağlıq hissəsinin əsas qapısı olan, tək Qarabağın yox, Azərbaycanın AĞDAM şəhəri Azərbaycana Qayıtdığı gün. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu.

Ali Baş Komandanımız xalqa müraciətində demişdir: "Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!".

"Əldə etdiyimiz qələbələr məcbur etdi ki, Ermənistan tərəfi Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın", - deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısı Ermənistanın bütün bu vəhşiliyə görə beynəlxalq məhkəmələrində cavab verəcəklərini də bildirib: "Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq!".

Bəli, haqq-ədalət zəfər çaldı. Ali Baş Komandınımız dediyi kimi: "Müzəffər Azərbaycan Ordusu ZƏFƏR çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan Bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq".

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bəli, bu gün Müzəffər Azərbaycan Ordusu ZƏFƏR çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Ağdamımız, onun ardınca Kəlbəcərimiz, Laçınımız…bütün Qarabağımız, qürurumuzu, özünəgüvənimizliyi, inamımızı qaytaran, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş Prezident, Ali Baş Komandanımız İlham Əliyevdən Azərbaycana əbədi yadigar qalacaq - ZƏFƏR BAYRAMIMIZ! Qarabağ Azərbaycandır!

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə