Bu gündən müxtəlif sahələrdə çalışanların sayının 30 faizədək azaldılması tövsiyə olunub

Bu gündən müxtəlif sahələrdə çalışanların sayının 30 faizədək azaldılması tövsiyə olunub

Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin noyabrın 21-dən 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib.

SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib.

Bütün xəbərlər Facebook səhifəmizdə