LUKOIL Rusiya pilotlarının ailələrinə yardım edəcək - YENİ XƏBƏR

LUKOIL Rusiya pilotlarının ailələrinə yardım edəcək - YENİ XƏBƏR

LUKOIL Xeyriyyə Fondu Ermənistan səmasında vurulan Rusiya helikopterinin ekipaj üzvlərinin ailələrinə 10 milyon rubl ayırmaq barədə qərar qəbul edib. SİA-ya Fonddan verilən məlumata görə, 9 Noyabr 2020-ci ildə həlak olan helikopterin ekipaj üzvlərindən birinin ailəsinə Voronejdə mənzil veriləcək. Digər ekipaj üzvü - yaralı baş leytenant Vyacheslav Gryazin şirkətdən 5 milyon rubl yardım alacaq.

Qeyd edək ki, LUKOIL mütəmadi olaraq müxtəlif səbəblərdən həyatını itirən hərbçilərin ailələrinə xeyriyyə dəstəyi göstərir. 2016-cı ildə Şirkət Rusiya Ordusunun üzvləri təyyarə qəzasında həlak olan Aleksandrov adına Akademik Mahnı və Rəqs Ansamblının yenidən təşkil olunmasına vəsait ayırıb. Nəticədə ən qısa zamanda komandanın yeni tərkibi qurulub və yenidən fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə