YAP Ağsu rayon təşkilatı partiyanın yaranmasınnı 28 illiyim ilə bağla ağacəkmə aksiyası keçirib
Bu gün YAP Ağsu rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 28 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirib. Rayonumuzda ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə rayonun bütün ərazisində genişmiqyaslı abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir. YAP Ağsu rayon təşkilatının üzvləri də hər zaman bu tədbirlərdə yaxından iştirak edir.
Aksiyada YAP fəalları, fəal gənclərinin iştirakı ilə ağacəkmə keçirilib, yüzlərlə ağac, mövsümi gül kolları əkilib.
YAP Ağsu rayon təşkilatının sədori Əli Hüseynov Yeni Azərbaycan Partiyası böyük, şanlı yol keçdiyini bildirib. Qeyd edib ki, YAP-ın yarandığı gün əlamətdar bir tarixə – Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! devizi altında 44 gün davam edən və qazanılan möhtəşəm Qələbələrlə dolu bir vaxta təsadüf edir: "Bu gün Azərbaycan 44 gündə son əsrlərin ən böyük zəfərini yaşayır və ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Vətən Müharibəsinin 44 gün ərzində "Qarabağ Azəbaycandır və QƏLƏBƏ NİDA"-sını qoyan və bununla da tariximizə ən parlaq səhifəsini yazan Ali Baş Komandanımız, Prezident İlham Əliyevin diplomatik addımlarının və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, Rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu haqqın qələbəsidir. Bu Azərbaycan xalqının qələbəsidir!
Ə.Hüseynov onu da vurğulayıb ki, bu gün Ali Baş Komandanımız, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının diplomatik siyasəti iəl həm siyasi meydanda, həm də döyüş meydanında qalibdir: "Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə YAP-ın qurucusu Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək, 9 noyabr tarixində Azərbaycan xalqına müraciətində də dediyi kimi, ata vəsiyyətini yerinə yetirdi, son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Bu gün özündə 750 minə yaxın insanı birləşdirən partiyamızın cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük qələbələr qazanacağı şübhəsizdir. Partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişaf edəcəyinə inanır və bu yolda özünün töhfələrini verəcəkdir".
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB