Samux gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşib

Samux gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşib

YAP Samux rayon təşkilatında partiyanın yaradılmasının 28 illiyinə həsr olunmuş videokonfrans keçirildi

20 Noyabr tarixdə YAP Samux rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 28 illiyinə həsr olunmuş videokonfrans keçirilib. Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, təşkilatın Şura üzvləri və ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ilk növbədə Vətən müharibəsində qazanılan böyük qələbə münasibətilə təbriklərini çatdıraraq bildirib ki, Azərbaycan Ordusunun əldə etdiyi böyük qələbə tariximizdə xüsusi əhəmiyyət kəsb edir. Bu qələbə tariximizə qızıl hərflərlə yazılacaq. Partiyanın 28 illiyi də ölkəmizin hər yerində olduğu kimi, Samuxda da möhtəşəm zəfərlərin təzahürü olaraq yüksək təntənələrlə qeyd olunur.

G.Bayramov bildirib ki, xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisidir. Ulu Öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət Azərbaycanın qarşısında yeni-yeni imkanlar açır, yeni hədəflər müəyyənləşdirir.

YAP Samux rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşid Şabanov tədbirdə çıxış edərək, gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olduğunu qeyd edərək, Samux gənclərinin də ölkə başçısı, Partiyanın Sədri İlham Əliyevin ətrafında sıx birləşdiyini, Vətənimizin ərazi bütövlüyü, tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, rayonumuzun çiçəklənməsi naminə hər bir sahədə böyük fəallıq göstərdiyini bildirib.

Sonra tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova bu möhtəşəm qələbədən sonra Azərbaycan tarixinin yeni mərhələsi başlayacağını vurğulayaraq, YAP Samux rayon təşkilatında da qadınlarla aparılan işlərdən ətraflı bəhs edib.

Daha sonra YAP Samux rayon təşkilatının sədr müavini Şəmistan Yusifov və digər çıxış edənlər bildiriblər ki, Azərbaycanın bugünkü inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır.

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə