Keçən həftə Misirin paytaxtında xristianların müsəlmanlarla yaşanan toqquşmalara etiraz məqsədilə başladıqları aksiyalar ötən gün də davam edib. SİA-nın xəbərinə görə, ötən gün etiraz aksiyası dövlət televiziyasının binası qarşısında baş tutub. Ortodoks Kilsəsinin \"Evlərinizə dönün, hökumətə yardım edin\" çağırışlarına baxmayaraq onlar aksiyaları davam etdirməkdə davam ediblər.
Aksiyalar nəticəsində Misir televiziyasının yerləşdiyi ərazidə nəqliyyatın hərəkəti dayanıb, küçəyə tanklar yerləşdirilib. Lakin bütün bunların qarşısını almaq üçün bu gün müsəlman və xristian din adamlarının Qahirədəki Əzhər Şeyxliyində birləşərək təzyiqi azaltmağa çalışacaqları bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB