"Karantin rejimində həftəsonu fərqlənmə nişanı olan taksilərin fəaliyyətinə icazə veriləcək". Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilər fəaliyyət göstərə biləcək: “Bura taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq fərqlənmə nişanı olan şəxslər də daxildir. Digərlərinin taksi kimi xidmət göstərməsi yolverilməzdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB