Torpaq uğrunda savaşa qalxaraq arxaya baxmadan vətənin işğalçılardan azad olunması yolunda şəhid olan igid oğullarımız öz qanları bahasına mənfur düşmənə kimliyini göstərdilər. Qorxaq, aciz, ən nəyahət, fərari olan düşmənə Vətən müharibəsində doğma torpağın müdafiəsində necə şərəflə durmağı göstərdilər. Neçə-neçə vətən oğlu şəhid oldu. Şəhidlik zirvəsinə yüksəlmək 44 gün davam edən Vətən müharibəsində Nicat Şöhrət oğlu Tarverdiyevin da taleyinə yazıldı. Ömrü yarımçıq qalsa da ən böyük amalının savaşına qalxdı. Vətənin səsinə səs verdi. Bir addım belə döyüş meydanından geri çəkilməyərək işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərdi. Addım-addım irəliləyən ordumuz sırasında olan Nicat da qarış-qarış vətgn torpabı üzərində irəliləyərək düşmənə dərs verdi. 22 yaşı var idi Nicatın. Ailənin yeganə övladı idi. 22 bahar yaşamışdı. Ömrün payızını yaşamaq nəsib olmadı ona. Amma dünyaya göz açanda ilk dəfə payızın nəfəsini duymuşdu. Payızda dünyaya göz açan Nicat elə payızda da şəhid oldu. 1998-ci ilin noyabrın 17-də Bakı şəhərində anadan olan Nicat noyabrın 9-u 2020-ci ildə axşam saatlarında Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid oldu.
Ali təhsilli idi. Azərbaycan Kooperasiya Universitetini bitirmişdi. Nəsimi rayon komisarlığından hərbi xidmətə çağırılmışdı. Müsəlləh əsgər olaraq vətənin ən çətin zamanında silaha sarıldı. Fizuli istiqamətində və Suqovuşan qəsəbəsini azad olması uğrinda fədakərlıqla döyüşlərdə iştirak etdi və şəhid oldu. Qəlblərdə əbədi heykəlini qurdu. Hər zaman qürurla danışacağız vətən olğuna çevrildi. Zaman yetişcək bəlkə yazılacaq əsərlərin, filmlərin qəhrəmanına çevriləcək bizim şəhid Nicat. Xalqımız dəfn olunduğu 3-cü Fəxri Xiyabanında ziyarətinə gedəcəkdir. Belə oğullar Vətən, torpaq uğrunda gedən savaşlarda zəfər tarixini, qəhrəmanlıq səhifəsini yazırlar. Azərbaycanda şəhidlik ehtiramın ən ali məqamı səviyyəsindədir. Allah rəhmət eləsin!
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB