Milli Məclisin bugünkü
iclasında millət vəkili Elmira Axundova Aliment Fondunun yaradılmasını təklif
edib. SİA-nın məlumatına görə, aliment verməli olan vətəndaşların bundan
yayınması məsələsinə toxunan deputat bildirib ki, respublikada aliment verən
şəxslərin alimentlərdən yayınma faktları həddindən çoxdur.
Bununla bağlı ona və
digər deputatlara çoxsaylı müraciətlər gəldiyini dilə gətirən E.Axundova
vurğulayıb ki, hətta məhkəmə qərarlarının olması işin həllinə, yəni aliment
üzrə borcların qaytarılmasına köməklik etmir.
"Borclunun ya ünvanı
məlum deyil, ya da o, maaşının cuzi hissəsini rəsmiləşdirir, qalanını
qeyri-leqal formada alır və s. İcra məmurunun isə bu işdə maddi marağı
olmadığından, o, çox vaxt alimentlə bağlı işlərə formal yanaşır və dərinə
getmir. Ona görə aliment borclarının qaytarılması prosesində dönüş yaratmağın
bircə yolu var, o da dövlət tərəfindən xüsusi Aliment fondunun yaradılmasıdır. Eyni
zamanda Fonda da aliment verməkdən yayınan insanı axtarmaq, iş yerlərində
yoxlama aparmaq, ondan alimenti almaq kimi geniş səlahiyyətlər verilir. Fond büdcəsinin bir
hissəsi, məsələn işçilərin mükafatları, maaşlarına əlavələr və digər aliment
borclarının yığılmasından asılı olmalıdır", - deyə E.Axundova qeyd edib.
Bu yaxınlarda Aliment
fondu yaradılması haqqında Rusiya Dövlət Dumasına müvafiq sənəd təqdim
edildiyini xüsusi vurğalayan millət vəkili bizdə də belə bir qurumun
yaradılmasının mümkünlüyünü dilə gətirib: "Əsas odur ki, alimentdən yayınan
insan öz başı üstündə daima "Domokl qılıncı" hiss etsin və tərk etdiyi ailə
qarşısında məsuliyyəti daha dərindən anlasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB