“Vətəni Tanı” Ümumrespublika Kampaniyası Lerikdə- FOTOSESSİYA

“Vətəni Tanı” Ümumrespublika  Kampaniyası Lerikdə- FOTOSESSİYA
Azərbaycanın ərazi bütövlüyü məsələsini əsas məqsədlərindən biri olan "Vətəni tanı" Ümumrespublika Kampaniyası öz seçim turlarını davam etdirir. Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cənub bölgəsində Kampaniyanı həyata keçirən GTMŞ-ın işçi qrupu Lerik rayonunda olublar. Lerik şəhər 1 saylı orta məktəbdə baş tutan rayon turunu Milli Şuranın Regionlarla iş üzrə departamentinin katibi Ziya Ağayev həyata keçirib. Kampaniyanın məqsədi barədə gənclərə məlumat verilib. Daha sonra həm keçməcəli xəritə üzərində, həm də www.miras.az saytına daxil olmaqla Azərbaycanın xəritəsini yığıblar. Bu seçim turunda da iki gənc respublika turuna vəsiqə qazanıb.
Qeyd edək ki, 150 gəncin iştirakı ilə keçirilən yarışmalarda sonda hər rayon üzrə bir nəfər elektron, bir nəfər isə puzzle formasında hazırlanmış xəritəni ən tez yığaraq respublika turuna vəsiqə qazanıblar. Yekunda hər rayonun qalibləri arasından respublika birincisi seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə