Sərt karantin rejimi bu tarixə qədər uzadıldı - RƏSMİ

Sərt karantin rejimi bu tarixə qədər uzadıldı - RƏSMİ

Bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib. SİA xəbər verir ki, brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin müdiri Yaqut Qarayeva iştirak ediblər.

Prezidentin köməkçisi bildirib ki, son vaxtlar brifinqlərimiz Vətən müharibəsinə həsr olunurdu. Lakin bizim koronavirusla mübarizəmiz də davam edir. Qonşu ölkələrə, həmçinin dünyanın bir çox ölkələrində virusa yoluxma artır. Eyni zamanda Azərbaycanda da "COVİD-19"-a yoluxma artıb. Vətən müharibəsi ilə əlaqədar virusun artım tendensiyası bizi narahat etməyə bilməz. Bu gün həkimlərimiz iki cəbhədə mübarizə aparır. "COVİD-19"-un artma tendensiyasını nəzərə alaraq Bakı Metropoliteni 28 dekabr tarixinə qədər fəaliyyət göstərməyəcək. Daha doğrusu metronun açılma tarixi 28 dekabra qədər təxirə salınır. Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağa 28 dekabra qədər uzadılır. Açıq hava məkanlarında maska taxmaq məcburidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə