“Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda iclas keçirilib
Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Rəyasət Heyətinin geniş tərkibli iclası keçirilib. “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunan görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm zəfəri nəticəsində işğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları müzakirə edilib və Azərbaycan Sahibkarlar Konfederasiyasının bu ilin yanvar-oktyabr ayları üzrə hesabatı dinlənilib. SİA xəbər verir ki, iclası Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev açaraq Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam edən Vətən müharibəsində əldə edilən şanlı qələbə münasibətilə iştirakçıları təbrik etdi. Bu qürurlu tarixi öz qanları ilə yazan şəhidlərimizin müqəddəs ruhu 1 dəqiqəlik sükutla yad edildi.
“İndi növbə sahibkarlarındır, işğaldan azad olunan rayonların bərpasında, iqtisadi cəhətdən dirçəldilməsində sahibkarların üzərinə böyük və şanlı vəzifələr düşür”, - deyə M.Musayev qeyd edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının cari ilin yanvar-oktyabr ayları üzrə fəaliyyətinin hesabatı dinlənilib.
Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Zakir Nuriyev “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm zəfəri nəticəsində işğaldan azad edilmiş ərazilərdə gələcək biznes i
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB