Ordumuzun qazandığı zəfər ədliyyə işçilərinin peşə bayramını daha da əlamətdar etdi

Ordumuzun qazandığı zəfər ədliyyə işçilərinin peşə bayramını daha da əlamətdar etdi

Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü bu il ədliyyə orqanları və hakimlər tərəfindən daha böyük ruh yüksəkliyi ilə qeyd ediləcək.

Bu günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz Qarabağımızın 30 illik işğalına son qoymuşdur. Xüsusi ilə Rəşadətli ordumuz tərəfindən 44 günlük zəfər yürüşünün sonunda Qarabağımızın tacı olan Şuşa şəhərinin işğaldan azad edilməsi, xalqımıza çoxdan arzuladığımız, xəyallarımızada olan qələbə sevincini yaşatmışdır. Biz bu qələbəni şəhidlərimizin canı qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına əldə etmişik.

Azərbaycanın ədliyyə orqanları və məhkəmə hakimləri də bu günlərdə “Hər şey vətən üçün, hər şey qələbə üçün” şüarı altında fəaliyyət göstərmiş, ümumi qələbənin qazanılmasınada, Azərbaycanın hansı vəhşi və quldur bir dövlətlə qonşu olmasını, dünya ictimaiyyətinin nəzərinə çatdırmaq işndə yaxından iştirak etmişlər.

Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov BMT-nin dəstəyi ilə yaradılmış və dünyanın 140 dövlətini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (AACA) vitse-prezidenti kimi təşkilatın üzvlərinin işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatları və müharibə cinayətləri barədə məlumatlandırılması məqsədilə Assosiasiyanın prezidenti, Qətərin Baş prokuroru Dr. Ali Al Marriyə müraciət ünvanlamışdır.

Müraciətdə Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli tarixi torpağımız Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğal olunması, Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qalaraq bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsinin tarixçəsi qeyd edilmiş, ermənistan tərəfindən bu gün də Azərbaycanın mülki əhalisinin hədəfə alınaraq qadağan edilmiş silahlarla mülki insanların qırğınını törətməsi diqqətə çatdırılmışdır.

Ədliyyə naziri cənab Fikrət Məmmədov nazirliyin sıx əməkdaşlıq etdiyi Avropa məkanında yerli özünüidarə orqanlarına məsul nüfuzlu qurum olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidentinə və baş katibinə Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları, xüsusilə dinc əhaliyə hədəflənən müharibə cinayətləri ilə bağlı müraciət ünvanlamışdır.

Müraciətdə dünya ictimaiyyətinin diqqətinin yönəldiyi 30 ildir davam edən Ermənistan-Azərbaycan hərbi münaqişəsinin acı nəticələri, əzəli tarixi torpağımız olan Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğal olunaraq etnik təmizləməyə məruz qalan azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin salınması, bununla da ermənilərin işğal altında saxladıqları ərazilərimizdə bələdiyyə institutunun yaradılmasının qeyri-mümkünlüyü və məcburi köçkün düşmüş soydaşlarımızın uzun illərdir yerli özünüidarə hüququndan tamamilə məhrum olunduğu barədə məlumat verilmişdir.

Cənab Fikrət Məmmədov Ermənistanın münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həllini dəfələrlə müxtəlif bəhanələrlə uzatması, silahlı qüvvələrini işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına məhəl qoymaması, ona sərf edən status-kvonu davam etdirərək işğal altındakı ərazilərin zəngin təbii ehtiyatlarını istismar etməsi və qeyri-qanuni iqtisadi fəaliyyət göstərməsi, qanunsuz məskunlaşdırma həyata keçirməsini Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidentinə və baş katibinin diqqətə çatdırmışdır.

Azərbaycacnın Ali Məhkəməsi oktyabrın 27 və 28-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini hədəfə alması ilə bağlı bəyanat qəbul edərək bu bəyanatı dünya ölkələrinin, o cümlədən Avropa Şurasının üzv dövlətlərinin ali məhkəmələrinə göndərmişdir.

Hərbi əməliyyatların aparıldığı, cəbhəətrafı rayonların ədliyyə orqanları, rayon və apelyasiya məhkəmələri iş rejimlərini ölkədə elan edilmiş hərbi vəziyyətin tələblərinə uyğun qurmuşlar.

Beləliklə ədliyyə orqanları və hakimlər bütöv xalqımız kimi “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altınada birləşərək fəaliyyət göstərmiş, bu gün də bu şüarla fəaliyyət göstərməkdə davam edirlər.

Beləliklə hakimlər və ədliyyə orqanları “Qarabağ Azərbaycandır!” şüarının tam məzmunda reallaşmasına öz töhvələrini vermişlər.

Noyabrın 13-də Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov arasında telefon danışığı olmuş, danışıq zamanı A.Gül dost və qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən şanlı Qələbə münasibətilə cənab Fikrət Məmmədovu təbrik etmiş, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin haqq davasında zəfər çalması ilə bağlı sevincini bölüşmüşdür. Türkiyəli nazir cənab Fikrət Məmmədovla söhbətində xalqlarımızın və dövlətlərimizin hər zaman bir-birinin yanında olduğunu qeyd edərək bundan sonra da dəstəyini əsirgəməyəciyini vurğulamışdır.

Beləliklə, Azərbaycan Ədliyyəsinin 102-ci il dönümünün ölkəmizin və xalqımızın həyatında əlamətdar olan, ölkəmizinn ərazi bütövlüyünün bərpa edilməsi üzrə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun və bütün Azərbaycan xalqının apardığı Vətən müharibəsi günlərinə, Şanlı Ordumuzun hələ də bir qismi işğal altında olan torapqlarımızın azad edilməsi uğrunda apardığı misilsiz döyüş fədakarlığı günlərinə təsadüf etməsi, hakimlərə və ədliyyə işçilərinə ikiqat fərəh verir, onları peşə fəaliyyətlərini daha əzmlə aparmağa ruhlandırır.

Bu günlərdə Ordumuzun və xalqımızın yanında olmaqla yanaşı hakimlər və ədliyyə orqanları dövlətimizin başçısı İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəm-Hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” proqram xarakterli Fərmanının icrası ilə bağlı tədbirlərini də davam etdirmiş, cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən hüquq ictimaiyyəti, sahibkarlar, biznes dairələri, vətəndaş cəmiyyəti institutları nümayəndələri üçün ictimai müzakirələr, təqdimatlar və.s tədbirlər keçirilmiş, maarifləndirmə işləri aparılmışdır. Fərmanın icrası ilə bağlı kommersiya məhkəmələri fəaliyyətə başlamış, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmə qərarlarının icrası işinin təkmulləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı qəbul edilmiş normativ hüquqi aktların tətbiqinə başlanılmış, Ədliyyə orqanlarında və məhkəmələrdə müasir texnologiyaların və innovasiyaların tətbiqinə diqqət daha da artırılmışdır. Məhkəmə Hüquq Şurası tərəfindən hakimlərin seçim qaydası təkmilləşririlərək bu proses daha da mükəməlləşdirilmiş, bu işdə çeviklik artırılmış, 44 həfər hakimliyə namizəd bütün imtahanlardan keçərək onların hakim vəzifələrinə təyinatı üçün bütün mərhələlər arxada qalmış, hakimliyə namizədlərin yaxın vaxtlarda hakim vəzifələrinə təyin edilməsi nəzərdə tutulmuşdur ki, bu da hakimlərin iş yükünün azaldılması, məhkəmələrdə işlərə vaxtında və keyfiyyətlə baxılmasına öz töhvəsini verəcəkdir.

Bütün hakimləri, ədliiyyə işçilərini, hüquq ictimaiyyətini Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi qələbələr və ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması ilə bağlı fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzulayıram.

İsmayıl Əhmədov,

Şirvan Apelyasiya Məhkəməsinin hakimi

Bütün xəbərlər Facebook səhifəmizdə